«Turan Tovuz»un mətbuat xidməti bəyan edib ki, Ehtiram Quliyev hələ bir neçə ay susacaq.
Açıqlayıblar - İdarə Heyətinin sədri mövsümün final düdüyü səslənənə qədər ağzına su alıb yerində sakit qalacaq, danışmayacaq.
Hesab edirəm ki, Ehtiram düzgün mövqe sərgiləyir indi. E
lə danışmasa yaxşıdır. Guya, danışıb nə deyəcək ki?
Ən yaxşı bildiyi nağıl danışmaqdır, ona da artıq bir qul inanmır, inanmaq istəmir.
Axı hər nağılın da bir sonu var. Və heç də bütün nağılların axırında göydən üç alma düşmür yerə.
Yadınızdadır da, bu hörmətli zat sezonun başında, əvvəlində və ortasında hansı nağıldan bəhs edirdi?
O məşhur çempionluq nağılı…
Komandası «zibil» günündə futbol oynayır yenə. Kurban Berdiyevin oynatdığı futbolun adını heç özü də bilmir.
Şamaxıda Allahı gətirdi «Baba»nın. Ev sahibləri onları meydandan «silib-süpürdü». Nə gözə aça bildilər, nə qol-qanad.
«Turan» avrokuboklara iddialılar arasında ən yaxşı heyətlərdən birinə malik olub da, ən pis oynayan komandadır.
Ehtiram Quliyev çox tərs biridir: dünyanın gördüyünü o, nə görmək istəyir, nə də qəbul etmək.
Ay rəhbər, niyə hələ də başa düşmək istəmirsən ki, Berdiyev baş məşqçi postunda qaldığı müddətdə nəyəsə nail olmayacaqsan?
«Turan» Şamaxıda bir real qol fürsəti yarada bilmədi. Var olmasaydı, Tural Qurbanov penalti qərarından dönməyəcək, ümumiyyətlə, səfərdən məğlub dönəcəkdilər.
Maraqlıdır, Quliyev bu matçdan sonra dost-aşna içində «Turan» mənim komandamdır» deyirmi yenə?
ELNUR

