"Turan Tovuz" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.
- Qol epizodlarının olmamasının səbəbi nədir?
- "Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.
- Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?
- Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.

