“Baş məşqçi bizi saymır, komanda daxilində “dığ-dığ” var, mehribanlıq yoxdur”

16:30 Turan 281
“Baş məşqçi bizi saymır, komanda daxilində “dığ-dığ” var, mehribanlıq yoxdur”

Kurban Berdiyev «Turan Tovuz»un futbolçuları arasında ayrı-seçkilik hallarına yol verir.

Bu barədə redaksiyamıza yerli oyunçulardan biri şikayət edib.

O, əməkdaşımızla söhbətində baş məşqçinin legionerləri onlardan üstün tutduğunu iddia eləyib:

«Kurban Berdiyev bizə diqqət göstərmir. Əksər vaxt məşqlərdə özümüzü artıq adam kimi hiss edirik.

Sanki quru «maket»ik. Berdiyev gündəlik məşqlərdə ikili mübarizələrə girməyimizə imkan vermir.

Hansı legionerlə bunu ediriksə, o dəqiqə üstümüzə qışqırır, əsəbləşir. Ona toxunma, buna toxunma... Daha nə oldu e?

Saymır bizi. Söz demək olmur baş məşqçiyə.

Bilirik ki, səsimizi çıxarsaq, bir də heç birimizi meydana buraxmayacaq və cərimələyəcək. Nə gizlədək, biz «Turan»da normal pul alırıq.

Ehtiram müəllimdən (klubun İdarə Heyətinin sədri) şikayətimiz yoxdur. O, üzərinə düşəni edir.

Amma Ehtiram müəllim komandanın işinə qarışmır. Nəinki Ehtiram müəllim, klubda elə şəxs yoxdur ki, Berdiyevə bizim barədə sual verə bilsin.

Berdiyev çox vaxt heç bizimlə danışmır da. Nə sözü varsa, Yunis Hüseynov vasitəsilə bizə deyir.

Yunis müəllim ondan min dəfə mehriban insandır. Bəzən hiss etdirir ki, o da «Baba»nın heyət və taktika ilə bağlı qərarlarından narazıdır.

Köməkçisidir deyə, açıq deyə bilmir. Ümumiyyətlə, Berdiyev burada elə ab-hava yaradıb ki, hamı bir-birindən çəkinir.

Komanda daxilində «dığ-dığ» var, mehribanlıq yoxdur».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti