"Turan Tovuz" rəhbərliyinin qərarı "İmişli"ni məyus edib.
Premyer Liqanın debütantı David Tavarişi heyətinə qatmaq istəsə də, tərəflər arasında danışıqlar son anda pozulub.
Tovuz təmsilçisi "Sportinq" və "Benfika"nın yetirməsi olmuş Kabo Verde əsilli hücumameyilli mərkəz yarımmüdafiəçisini icarəyə verməkdən imtina eləyib.
26 yaşlı legioner ötən ilin yayında "Turan Tovuz"a keçsə də, zədə alıb və cəmi 1 matçda çıxış edib. Portuqaliyalı ötən ay Premyer Liqanın "Sumqayıt"la matçında (2:1) cəmi 2 dəqiqə meydanda olub.
"İmişli" onun əməkhaqqısının bir hissəsinin "Turan Tovuz" tərəfindən ödənilməsini xahiş eləsə də, qarşı tərəf bununla razılaşmayıb.
Aran komandası 2026-cı ilə 3 yeni isimldə başlayıb. bunlar Dioqo Kardozu (son klubu "Dezembro", Portuqaliya), Nazim Hüseynov (son klubu "Qəbələ") və Riad Abbaszadədir (son klubu "Difai").
SPORTİNFO.AZ

