Almaniya klubunda bəyənilmədi, məcburiyyətdən "Turan"I seçdi

00:40 Turan 235
Almaniya klubunda bəyənilmədi, məcburiyyətdən "Turan"I seçdi

Xəbər verdiyimiz kimi, "Turan Tovuz" Moskva "Lokomotiv”inin futbolçusu Mark Rene Mampassini icarə əsasında heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi qış "transfer pəncərəsi" zamanı Almaniyada - "Ayntraxt Braunşveyq"də baxışda olub.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, əslən konqolu olan rusiyalı II Bundesliqa təmsilçisi ilə bir neçə məşqə çıxsa da, məşqçilər heyətinin rəğbətini qazana bilməyib.

Mark Rene Mampassi razılaşmaya əsasən, cari mövsümün sonuna qədər "Turan Tovuz"da çıxış edəcək.

Donetsk “Şaxtyor”unun yetirməsi karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!