“Turan Tovuz”un kapitanı Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.
Sportinfo.az PFL-in saytına istnadən xəbər verir ki, onun yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib.
O/ Misli Premyer Liqasının 19-cu turunun görüşünə start heyətində çıxıb.
Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.
25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.
Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

