“Turan” rəhbərliyindən gözləmədiyi təklifi aldı - Müqaviləni uzatmırıq, amma qal!

15:00 Turan 303
“Turan” rəhbərliyindən gözləmədiyi təklifi aldı - Müqaviləni uzatmırıq, amma qal!

Roderik Miller “Turan Tovuz” rəhbərliyindən gözləmədiyi təklifi alıb.

Qərb təmsilçisi panamalı müdafiəçiyə karyerasını başa vurmağı məsləhət görüb.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Legionerə bildirilib ki, kontraktı yenilənməyəcək. Əvəzində isə şimali amerikalıdan məşqçi kimi klubda qalıb çalışması istənilib.

Roderik 2023-cü ildən “Turan Tovuz”da forma geyinir.

Panama millisinin üzvü bura gəlməmişdən öncə “San-Fransisko”(Panama), “Merida”(Meksika), “Atletiko Nasional”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Karlos Steyn”(Peru), “Əl-Quva” və “Əl-Mina”da (hər ikisi İraq) çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti