Kurban Berdiyevi bu pis hərəkətinə görə qovdular - Həmin anın VİDEOsu

09:00 Turan 144
Kurban Berdiyevi bu pis hərəkətinə görə qovdular - Həmin anın VİDEOsu

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

Sportinfo.az xəbər verir ki, Suraxanıda keçirilən qarşılaşma tovuzluların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün taleyini 57-ci dəqiqədə Hayderson Hurtadonun vurduğu yeganə qol həll edib.

Diqqətçəkən əsas məqam isə “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin hərəkəti olub.

Rusiyalı mütəxəssis 64-cü dəqiqədə dördüncü hakim Elvin Bayramova qarşı fiziki təmas göstərərək, onu itələyib və idarəçiliyə sərt etirazını bildirib.

Bu hərəkətinə görə o, referi Əli Əliyev tərəfindən birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti