“Turan Tovuz” 1 qol vurdu, Kurban Berdiyev QOVULDU! - VİDEO

6 Fevral 00:50 Turan 1 501
“Turan Tovuz” 1 qol vurdu, Kurban Berdiyev QOVULDU! - VİDEO

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan cütün ilk oyununda Tovuz kollektivi 1:0 hesablı qələbə qazanıb.

57-ci dəqiqədə Hayderson Hurtado fərqlənib.

65-ci dəqiqədə nominal meydan sahiblərinin baş məşqçisi Kurban Berdiyev qırmızı vərəqə ilə cəzalandırılıb.

73 yaşlı mütəxəssis hakimin qərarlarına qarşı nümayiş etdirdiyi sərt etiraza görə texniki zonadan kənarlaşdırılıb.

Bu raundda sevinən tərəf növbəti mərhələdə "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

"Turan Tovuz" - "Kəpəz" 1:0

“Azersun Arena”, 300 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Xorxe Silva, 17 (qeyri-idman hərəkəti); Vadji İbrahima, 41 (qeyri-idman
hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Yunis Hüseynov (“Turan Tovuz”), 41, 41 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Yunis Hüseynov, 41; Kurban Berdiyev, 64 (hakimi itələdiyi üçün)
Qol: Hayderson Hurtado, 57
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
(6. Fərid Yusifli, 79)
88. Faiq Hacıyev (k)
11. Ayxan Hüseynov
(9. Coş Cinnelli, 61)
5. Roderik Miller
23. Alexandro Serrano
99. Vadji İbrahima
(90. Joarlem Santos, 61)
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
(10. Xəyal Nəcəfov, 61)
Ehtiyat oyunçular:
1. Oleq Baklov
4. Şəhriyar Əliyev
14. Murad Dadaşev
3. Enrike Silva
8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

“Kəpəz”
33. Yusif İmanov
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
(10. Ryonosuke Ohori, 46)
99. Əli Səmədov (k)
(24. Olavale Onanuqa, 71)
77. Fərid Nəbiyev
(14. Adama Fofana, 61)
88. Şakir Seyidov
17. Ümid Səmədov
21. Sadiq Şəfiyev
(9. Luis Paçu, 46)
11. Rəhman Hacıyev
(5. Rauf Hüseynli, 79)
29. Dioqo Verdaska
4. Mate Abuladze
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
80. Şahnur İsmayılov
83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti