"Turan Tovuz"da Kurban Berdiyevlə bağlı narazılıq bitmir.
Bu dəfə futbolçular əcnəbi mütəxəssisdən şikayətçi olub.
Söhbət Filip Ozobiç və İbrahima Vadjidən gedir.
Sabiq "Qarabağ"lıların davası daha çox oyun vaxtı almaqla bağlıdır.
Təcrübəli legionerlər bu barədə istəklərini türkmənistanlı çalışdırıcıya şəxsən çatdırıblar.
Tərəflər arasında söhbət qış fasiləsində olub.
Adıçəkilənlər ehtiyatda qalmağı, gedişatda oyuna daxil olmağı qəbul etmədiklərini bildiriblər.
Xüsusilə Vadji 90 dəqiqə meydanda olmaq gücündə olduğunu sözlərinə əlavə edib.
Xatırladaq ki, mövsümün ikinci yarısındakı "Sumqayıt"la ilk matçda hər iki legioner əsas heyətdə meydana çıxıb.
Vadji 66-cı dəqiqədə, Ozobiç isə 89-cu dəqiqədə əvəzlənib.
XANOĞLAN / SPORTİNFO.AZ

