Ehtiram Quliyev problemi olan hücumçunun transferinə göz yumdu

20:20 Turan 216
Ehtiram Quliyev problemi olan hücumçunun transferinə göz yumdu

Qış “transfer pəncərəsi”ndən istifadə edən “Turan Tovuz” heyətini Coş Cinelli ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, onunla 1,5+1 illik müqavilə imzalanıb.

Cinnelli İngiltərədə “Aston Villa”nın yetirməsidir və bu ölkədə bir çox klubların şərəfini qoruyub.

Amma maraqlı məqam ondan ibarətdir ki, forvard bir müddət öncə ağır zədə alıb. O, 2023-cü ilin sentyabrında axilles vətərindən zədələnib.

2 il sonra sağalıb meydana qayıtsa da, cəmi 4 oyunda ümumilikdə 45 dəqiqə oynaya bilib. Daha sonra isə yenidən zədələnib.

Görünən odur ki, bu futbolçu Azərbaycan çempionatında oynamağa yararsızdır. Stadionlarımızn ot örtüklərinin heç də normal olmamasını nəzərə alsaq, Cinellinin daha çox zədələnəcəyini gözləmək olar.

Bəs Ehtiram Quliyevin rəhbəri olduğu klub zədəli futbolçu ilə niyə 1,5+1 illik müqavilə razılaşdırıb?

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti