"Rostov"un eks hücumçusu Azərbaycan klubuna lazım olmadı

09:00 Turan 225
"Rostov"un eks hücumçusu Azərbaycan klubuna lazım olmadı

"Turan Tovuz"da baxışda olan Vaxıt Orazsaxedov Tovuz klubunun düşərgəsində qalmayıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, türkmənistanlı forvard Kurban Berdiyevin etimadını qazana bilməyib.

Vaxtı ilə “Səbail”də də oynamış türkmənistanlı hücumçu “Turan Tovuz”a keçməyə yaxın olsa da, bu şansdan istifadə etməyi bacarmayıb.

Belə ki, Berdiyev həmyerlisindən istənilən performansı görə bilmədiyi üçün onun keçidinə razılıq verməyib.

Türkmənistanda “Altın Asır”a məxsus olan 33 yaşlı hücumçu “Turan”(Qazaxıstan), “İstiqlol”(Tacikistan), “Dordoy”(Qırğızıstan), “Səbail”(Azərbaycan), “Ahal”, “Aşqabat”(Türkmənistan), “Nefteximik”, “Rostov”(Rusiya), “Daçiya”(Moldova) klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!