Kurban Berdiyev: "İkinci qolu tez vura bilsəydik..."

18:25 Turan 120
Kurban Berdiyev: "İkinci qolu tez vura bilsəydik..."

Azərbaycan Premyer Liqasının 17-ci turunun "Turan Tovuz" - "Sumqayıt"(2:1) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, türkmənistanlı mütəxəssis komandasının qalibiyyətinə bu cür şərh verib:

"İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər".

- Komandanın hazırkı durumunu necə dəyərləndirirsiz? Qışda komandanı istədiyiniz kimi hazırlaya bilmisiz?

- Yaxşı məşq etdik, şərait də yaxşı idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti