Heç biri "Turan"a gəlmək istəmədi, yalnız… MƏCBURİ TRANSFER

09:50 Turan 206
Heç biri "Turan"a gəlmək istəmədi, yalnız… MƏCBURİ TRANSFER

Aleks Souzanı “Kyoto Sanga”ya (Yaponiya) satan "Turan Tovuz" yeni ilin ilk transferini reallaşdırıb.

Tovuz təmsilçisi braziliyalı forvardın əvəzinə “Aston Villa”nın yetirməsi olan Coş Cinnellini heyətinə qatıb.

28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə bağlanıb.

Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib.

Karyerası ərzində vətənində "Şrusberi", "Bernli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.

Bu anlaşma ilə bağlı klubdan redaksiyamıza maraqlı məlumat daxil olub. Bildirilib ki, o, Kurban Berdiyevin məcburi seçimidir.

Belə ki, baş məşqçi adlarını transfer siyahısına qeyd etdiyi ön xətt oyunçularının heç birinin bura gəlmək istəmədiyini biləndən sonra Cinelli ilə müqavilə bağlanılmasına razılaşıb.

Britaniyalı isə uzun müddət ağır zədədən əziyyət çəkib və indinin özündə də ideal formadan uzaqdır. Çünki oyun praktikasının azlığından əziyyət çəkir.

Yarım ildən artıqdır ayağına top dəyməyən hücumçu həmçinin artıq çəkidən əziyyət çəkir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!