“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Tovuz klubu Coş Cinnellini heyətinə qatıb.
“Aston Villa”nın yetirməsi olan ingiltərəli ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi”nin formasını geyinmiş 28 yaşlı hücumçu karyerası ərzində vətənində “Şrusberi”, “Börnli”, “Altrinhem”, “Linkoln”, “Tranmer”, “Uolsol”, “Preston”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub.

