Kurban Berdiyev yaxın dostunun xahişini yerə saldı, oğlunu geri yolladı

09:40 Turan 305
Kurban Berdiyev yaxın dostunun xahişini yerə saldı, oğlunu geri yolladı

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev yaxın dostunun sözünü yerə salıb.

O, "Dinamo”nun (Mahaçqala) prezidenti olan Hacı Hacıyevin oğlunu komandaya götürməyib.

Dağıstan klubunun oyunçusu Şamil Hacıyev avrtıq geri qayıdıb.

Bu mövsüm Rusiya kubokunda 8 matça çıxıb və 1 məhsuldar ötürmə edən 20 yaşlı yarımmüdafiəçinin tərzi “Baba“nın xoşuna gəlməyib.

Rusiya Premyer Liqasında 6 görüşdə forma geyinmiş Şamil “Smena”nın (Moskva) yetirməsidir.

“Krasnodar”ın aşağı yaş qruplarından ibarət komandalarında da çıxış etmiş Hacıyevin “Dinamo” ilə mövsümün sonuna qədər müqaviləsi mövcuddur.

Berdiyev onu “Turan“da görmək istəsəydi, 6 aylıq icarə kontraktı imzalanacaqdı. Bunu ondan şəxsən atası xahiş etmişdi, amma…

Berdiyev Azərbaycana gələnədək - 2024-cü ilin yayınadək “Dinamo“da işləyib - öncə baş məşqçi, daha sonra prezidentin müşaviri kimi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti