Ekstrasenslər Ehtiram Quliyevin qulağına pıçıldayıb ki… Zarafatcıl başqan

15:00 Turan 138
Ekstrasenslər Ehtiram Quliyevin qulağına pıçıldayıb ki… Zarafatcıl başqan

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev tapılıb.

İki aya yaxın yox idi ortalıqda.

Harasa qeyb olmuşdu.

Onun yenidən üzə çıxması münasibətiylə “Turan Tovuz”un bütün futboluçlarını və şəxsən Kurban Berdiyevi ürəkdən təbrik edirəm. Həqiqətən böyük hadisədir.

Deməli, Ehtiram müəllim uzun aradan sonra əsas komandanı ziyarət edib.

Məşqçi və futbolçu heyəti ilə görüşüb, mövsümün ikinci hissəsində uğurlar arzulayıb.

Klub rəhbəri bildirib ki, həm çempionatda, həm də kubokda hədəf maksimum nəticədir.

"Gəldim ki, sizə dəstək olum, qardaşlar!" - bunu deyib və otağı tərk eləyib.

Deyirəm, Ehtiram müəllim çox zarafatcıl biridir e! Havanın bu soyuğunda, sazağında belə, zarafatından qalmır, gündəm olmağı bacarır.

Hər başqan bunu bacarmaz. Hava necə olur-olsun, istəyir yağış yağsın, itstər qar - o, eyni sözləri təkrarlayıb durur.

Dəhşətli dərəcədə optimistdir bu başqan. Turnir cədvəlindəki düzülüş də Ehtiram müəllimi qorxudub eləmir.

Fikirləşir ki, nə olsun «Sabah» 10, «Qarabağ» 9 xal qabaqdır komandasından, 2026-cı ildə çərxi-fələk onların xeyrinə fırlanacaq.

Deyəsən, müəllim bürclərə inanır, ekstrasenlərin qapısını döyüb. Güman ki, ona deyiblər, ürəyini buz kimi elə, «at ili» sənin komandana düşərli olacaq, bütün arzu və istəklərinə çatacaqsan.

Əgər həqiqətən belə bir şey varsa, yaxud belə bir şey olarsa, Ehtiram müəllimi cani-dildən dəstəkləyir, özümə də həmin optimizimdən arzulayıram.

Eh, kaş ondakı nikbinlikdən məndə 5-10 faiz olardı…

Yoxsa ilyarımdır antifutbol oynayan, “vur qabağa, Məmmədağa!“ erasından uzaqlaşa bilməyən “Turan Tovuz”un dərdi öldürəcək məni, belə getsə.

Səməd Paşayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti