Berdıyev "Turan"a dırnaqarası baxır - Belə şey olmaz!

20:40 Turan 188
Berdıyev "Turan"a dırnaqarası baxır - Belə şey olmaz!

İl olub 2026, amma "Turan Tovuz" hələ də 2000-ci illərdə qalıb.

Bəli, məhz o dövrdə Azərbaycan klublarının baxışa oyunçu dəvət etməsi ənənəyə çevrilmişdi.

Bunu "Qarabağ", "Neftçi" kimi klublar da edirdi.

Başadüşülən idi, dövrün tələbləri vardı.

İndiki kimi internet resursları köməkçi vasitə deyildi. İndiki maliyyə də yox idi ki, gedib oyunçuları yerində izləyəsən.

Tək çarə kütləvi şəkildə baxışa dəvət etmək idi.

Amma bu gün futbolçu tapmağa, tanımağa imkanlar o qədər genişdir ki...

Görünür, bizim üçün belədir, Kurban Berdiyev və ətrafına yalnız zaman dəyişib, qaydalar, tələblər isə 25 əvvəl necə idisə, indi də elədir.

Hər halda, klubun Antalya toplanışında 3 legionerin baxışa dəvət olunması başqa nəsə düşünməyə əl yeri qoymur.

Rusiya futbolunun altını-üstünü əlinin içi kimi bilən adam 2 mövsümdə qonşu ölkədən bir normal oyunçu yanına gətirə bilməyib. Əvəzində gedib hansısa 20 yaşlı gənci yoxlanışa dəvət edib.

Vətənində normal bir oyunçu tanımayan 73 yaşlı əcnəbi 2008-ci ildə "Rubin"in əvəzedici komandasında tanıdığı, 2018-ci ildə "Səbail"ə 6 aydan artıq lazım olmayan 33 yaşlı Vaxit Orazsaxedovu baxışa çağırıb.

Adam sanki çalışdığı yerə dırnaqarası baxır.

Deyiləsi, sorğulanası dərd deyil.

Məncə, heç əlavə şərhə də ehtiyac yoxdur.

Amma dəqiq olan bir şey var ki, hədəfi çempionluq olan kollektiv bu cür formalaşdırılmalı deyil!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti