“Turan”da növbəti problem - Yenə yollarda qalacaqlar

11:30 Turan 136
“Turan”da növbəti problem - Yenə yollarda qalacaqlar

Tovuz şəhər stadionunun ot örtüyündə növbəti dəfə problem yaranıb.

Sportino.az xəbər verir ki, bununla əlaqədar “Turan Tovuz” açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, “Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb.

Turan Tovuz” klubunun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası tərəfindən analiz olunub və müvafiq addımlar atılıb.

“Turan Tovuz” klubunun müraciəti və “Qarabağ” klubunun razılığını nəzərə alaraq Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Misli Premyer Liqasının XVII turu çərçivəsində, 25.01.2026-cı il tarixində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb.

Həmin qarşılaşmadan sonra “Turan Tovuz” klubu Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.

Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırılır.

Bununla belə, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.

Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.

“Turan Toviz” Tovuz stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar bu mövsüm ev oyunlarının bir çoxunu “Azərsun Arena”da keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı