Bölgə klubuna yeni əcnəbi hücumçu qoşuldu - SON DƏQİQƏ

16:00 Turan 547
Bölgə klubuna yeni əcnəbi hücumçu qoşuldu - SON DƏQİQƏ

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz"un düşərgəsinə yeni legioner qoşulub.

Söhbət Vaxit Orazsaxedovdan gedir.

Türkmənistanlı forvard bölgə klubunda baxışdadır.

Baş məşqçi Kurban Berdiyev yaxın günlərdə onunla bağlı yekun qərarını verəcək.

33 yaşlı hücumçu həm bizə, həm də Berdiyevə tanış simadır.

Belə ki, Türkmənistan millisinin sabiq üzvü (10 oyun keçirib və 5 qol vurub) 2008/12-ci illər Kurban Berdiyevin baş məşqçisi olduğu "Rubin"ə məxsus olub.

2018/19 mövsümünün ikinci yarısını isə ölkəmizdə "Səbail"də keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti