"Real"ın yeni baş məşqçisi kim oldu? - RƏSMİ

00:00 Turan 145
"Real"ın yeni baş məşqçisi kim oldu? - RƏSMİ

"Real" baş məşqçisi Xabi Alonso ilə yollarını ayırdıqdan dərhal sonra yeni çalışdırıcısını açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub sabiq futbolçu Alvaro Arbeloaya tapşırılıb.

2009-2016-cı illərdə futbolçu kimi "Real"ın şərəfini qoruyan və 200-dən çox oyuna çıxan Arbeloa 2020-ci ildə məşqçi kimi kluba qayıdıb.

O, akademiyada ("La Fabrika") aşağı yaş qrupları ilə, xüsusilə "Juvenil A" ilə qazandığı uğurlar sayəsində diqqət çəkib.

Ötən yay isə o, digər klub əfsanəsi Raul Qonsalesi əvəzləyərək "Kastilya"nın (əvəzedici komanda) baş məşqçisi təyin edilmişdi.

Rəhbərlik onun qısa müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək əsas komandanı ona etibar edib.

Arbeloa yeni vəzifəsində ilk sınağına bu həftə çıxacaq. Madrid təmsilçisi 15 yanvarda İspaniya Kubokunun 1/8 final mərhələsində "Albasete" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR