İddialı Premyer Liqa klubundan getməkdən İMTİNA ETDİ

12 Yanvar 22:20 Turan 1 049
İddialı Premyer Liqa klubundan getməkdən İMTİNA ETDİ

"Turan Tovuz"un yetirməsi aşağı liqa klublarından gələn təklifləri geri çevirib.

Söhbət qapıçı Mehman Hacıyevdən gedir.

30 yaşlı kiperin doğma rayonun komandasından ayrılmaq fikri yoxdur.

O, transfer üçün qapısını döyən müştərilərə bu sözü deyib.

Hacıyev bu sezon Premyer Liqada debüt etməyib.

O, daha çox əvəzedici komandada rəsmi matçlara çıxıb.

Təcrübəli qapıçı karyerası ərzində qısa müddətli "İmişli" dövrü xaric yalnız yetirməsi olduğu "Turan Tovuz"da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu