“Turan”ın rumınlarla işi düz gətirmədi - Ləğv olundu

9 Yanvar 17:20 Turan 1 359
“Turan”ın rumınlarla işi düz gətirmədi - Ləğv olundu

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un sabah "Hermanştadt"la (Rumıniya) keçirməli olduğu yoxlama görüşü ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu haqda Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yaıb.

Tərəflərin qarşılıqlı razılığına əsasən, yoxlama oyunu ləğv olunub.

"Turan Tovuz" yanvarın 17-də Polşa “Poqon”u ilə qarşılaşacaq. Oyunun başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu