“Turan Tovuz” tarixinin ən bahalı satışını reallaşdırıb.
Qərb bölgəsinin klubu Aleks Souzanı Yaponiyaya - “Kyoto Sanqa”ya satıb.
Braziliyalı forvard 2024-cü ilin yanvarında Ayxan Abbasov tərəfindən “Turan Tovuz”a cəlb olunub.
Bura Türkiyədən - I Liqada mübarizə aparan “Boluspor“dan gəlmiş “sambaçı“ ilk 6 ayda 4000 dollar maaş alıb.
Ötən mövsüm onun məvacibi 2000 dollar artırılıb. Cari “futbol ili“ndə isə aylıq qazancı 8000 dollara qaldırılıb.
O, komandanın heyətində meydana çıxdığı 68 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayxan Abbasovun uğurlu seçimi bu gün Ehtiram Quliyevin rəhbəri olduğu “Turan“ın əlindən möhkəm tutub.
Yaponlar müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş Aleksə görə Tovuz klubuna 350 min dollar təzminat ödəyib.
24 yaşlı hücumçunun özü də “Kyoto Sanqa”da keçirəcəyi ilk mövsümdə bu qədər pul qazanacaq.
SPORTİNFO.AZ

