"Turan Tovuz"a Antalyada “HƏ” dedilər - Rumınlar və polşalılar

7 Yanvar 02:20 Turan 264
"Turan Tovuz"a Antalyada “HƏ” dedilər - Rumınlar və polşalılar

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqib Polşa təmsilçisi “Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!