Yaponiya klubu Azərbaycandan hücumçu aldı - RƏSMİ

6 Yanvar 16:20 Turan 1 173
Yaponiya klubu Azərbaycandan hücumçu aldı - RƏSMİ

Aleks Souza “Turan Tovuz”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, o, karyerasını “Kyoto Sanga”da davam etdirəcək.

Bu haqda Yaponiya klubununsaytı məlumat yayıb.

24 yaşlı hücumçu tam transfer hüququ ilə “Kyoto Sanga”ya keçib.

Bildirilib ki, braziliyalı tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Aleks Souzanın komandaya qoşulacağı tarix daha sonra açıqlanacaq.

Futbolçu transferi ilə bağlı fikirlərini də bölüşüb:

“Kyoto Sanga”nın bir hissəsi olmaq fürsəti qazandığım üçün çox xoşbəxtəm və minnətdaram.

Karyeramda yeni çağırışa böyük motivasiya ilə yanaşıram. Kluba tam diqqət, peşəkarlıq və meydanda, eləcə də meydandan kənarda fayda verməyə hazıram.

Klubun tarixinə böyük hörmətim var və komandanın məqsədlərinə çatması üçün hər gün əlimdən gələni edəcəyəm.

Göstərilən etimada görə təşəkkür edirəm və bunu zəhmətim, fədakarlığım və yaxşı nəticələrlə doğrultmaq istəyirəm. Kiotoda görüşənədək!”

Bu transfer üçün yaponların “Turan Tovuz”a 300 min avro təzminat ödədiyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti