«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev peşman olub.
Soruşun - Nəyə?
İş adamı qohumlarını klubda işlə təmin etməsinin üzüntüsünü yaşayır. O, etimad göstərdiyi əksər yaxınlarının ümidlərini doğrultmadığını bildirib.
Kimə? Əlbəttə ki, kənar şəxslərə yox.
Yaxın çevrəsinə daxil olan şəxslərlə bu barədə danışan biznesmen deyib ki, bəzi qohumları onun etibarən sui-istifadə edib, işinə can yandırmayıb, nəticədə gözləmədiyi hadisələr baş verib.
2023-cü ilin martında Tovuz təmsilçisini himayəsinə götürmüş tikinti maqnatı, güman ki, audit yoxlaması zamanı üzə çıxan bəzi faktlardan təsirlənib.
Sədrə məlum olub ki, bəzi yaxınlarını «Turan»dan uzaqlaşdırandan sonra müəyyən məsrəflər azalıb.
Məsələn, hər ay «digər xərclər» altında ora-bura sərf olunan 30 min manat artıq büdcədə qalır.
SPORTİNFFO.AZ

