Ölkə çempionatında oyunlarına ən cox azarkeş yığan “Turan" həm fanatlarına, həm də bisnesdəki qazancını klubun inkişafına yönəldərək böyük işlər görən sahibi Ehtiram Quliyevə görə yüksək nəticələrə, çempionluq, medallar və avrokuboklara vəsiqəyə layiqdir.
Kürdəxanıda yüksək səviyyədə şəraiti olan təlim-məşq bazası, Tovuzda əsas komanda ücün standartlara uyğun yataqxana binası, buradakı stadionda təbii ot örtüyünün salınması, akademiyanın uşaqları ücün yeni məşq meydancasının hazırlanması - göründüyü kimi, İdaə Heyətinin sədri infrastruktura səxavətlə pul ayrır.
Bura baş məşqçi postunda oturan məşhur Kurban Berdiyevə və heyətdə olan 13 legionerə ödənilən pulları da əlavə edək.
Amma bütün bunların qarşılığında komandanın nəticəsi də, oyunu da o deyil. 74 yaşlı Berdiyev tükənmiş “təqaüdcü məşqçilər klubu”nun üzvünü xatırladır.
Artıq ilyarımdır Tovuzda olan qocaman mütəxəssislə “Turan Tovuz”un hədəflərinə catacağı müşkül görünür.
İlk “altılıq” komandaları arasında ən az qol vuran, həmin rəqiblərindən yalnız “Sumqayıt”ı məğlub edən, qalanlarına gücü yetməyən, 0:0, 1:0-larla bol statistika, cansıxıcı oyun tərzi - Tovuz azarkeşinin istədiyi bu deyil hər halda.
Hər oyun meydana 9-10 leginer buraxan Berdıyev yerli oyunçulara da şans vermir ki, deyək, Azərbaycan futboluna bu baxımdan faydası var.
Son “istifadə müddəti” keçmiş İbrahima Vadji və Filip Ozobiçlə nə etmək olar axı?
Hələ bu mövsüm çempionatda bir oyunda belə, meydana çıxmayan rusiyalı qapıçı Sergey Samok sifariş ərizəsində niyə yer tutur?
Nə üçün 13-cü legioner kimi ona görə PFL-ə 100 min manat rüsum ödənilir, bu da aydın deyil.
Qısası, “Turan Tovuz”un cari mövsümdə Avropaya cıxışı sual doğurur. Bəlkə Azərbaycan Kuboku yolu ilə məqsədlərinə çatsınlar.
İlkin Fikrətoğlu
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

