“Turan Tovuz”un hücumçusu Joarlem Santos Sportinfo.az-a açıqlama verib.
Braziliyalı artıq bir ildən artıqdır ölkəmizdə çıxış edir.
O, bu müddətdə meydana çıxdığı 22 matçda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Performasının aşağı olması heç də səbəbsiz deyil.
Ötən ilin yanvarında 100 min manat təzminat haqqı ödənilməklə “Çaves”dən transfer edilən braziliyalı tez-tez zədələr alması ilə yadda qalır.
Əsasən də buna görə azarkeşlər və baş məşqçi Kurban Berdıyevin ondan gözləntilərini ala bilmir.
Amma 30 yaşlı oyunçu özü liqanın səviyyəsindən, “Turan”ın çıxışından məmnundur:
“Açığı, çox çətin çempionatdır.
Orta sıralarda güclü rəqabət var. Rəqiblər bir-birinə çox yaxındır.
Sona qədər döyüşmək mütləqdir. Əks halda cəzalana bilərsən. İşlərimiz pis getmir.
Sona kimi belə davam etməyə çalışacağıq”.
XANOĞLAN

