Əvvəl “gedirəm” dedi, indi də qalmaq həvəsinə düşdü

21:20 Turan 422
Əvvəl “gedirəm” dedi, indi də qalmaq həvəsinə düşdü

Qış fasiləsinə “Kəpəz” üzərində qələbə ilə yollanan “Turam Tovuz”da ilk ayrılıq yaşandı.

Kurban Berdıyevin etimadını qazana bilməyən Veysəl Rzayev karyerasını “Kəpəz”də davam etdirəcək.

23 yaşlı yarımmüdafiəçi daha çox oymamaq həvəsi ilə Nizami yurduna yollanmağa razılıq verdi.

Köıgədə qalan digər iiki azərbaycanlı - Tural Bayramlı və Abdulla Rzayevlə bağlı məsələ fərqlidir.

Adları çəkilənlər Kurban Berdlyevdən şans qazanmasa da, “Turan”ı tərk etmək niyyətində deyil.

Bayramlı mövsümün somuna qədər komandada qalacağını qəti şəkildə deyib.

Yayda “Sabah”dan birillik icarəyə götürülmüş Abdulla isə qış fasiləsi ərəfəsində rəsmilərlə söhbətdə ayrılıq istəyini bildirsə də, sonradan fikrini dəyişib.

Ayda 8000 manat əməkhaqqı alan müdafiəçi Tovuzdan bir şərtlə gedə bilər.

Qərb təmsilçisi qarşıdakı 5 ayda nəzərdə tutulan maaşın 2 ayını ödəsə.

Hazırda bu yöndə danışıqlar davam edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti