Sabiq "Qarabağ"lıya bu gün kim yaxın durar?

19:00 Turan 335
Sabiq "Qarabağ"lıya bu gün kim yaxın durar?

"Turan Tovuz" İbrahim Vadjini icarəyə verməyə klub axtarır.

Bu barədə qərarı baş məşqçi Kurban Berdiyev verib.

Bölgə klubu bu addımı ilə yüksək əməkhaqqı alan seneqallından canını qurtarmaq və yerinə başqa legioner gətirməyi düşünür.

Ağıllı fikirdir.

Amma...

30 yaşlı hücumçu yay təlim-məşq toplanışında "Turan"a qoşulmuşdu. Özü də zədəli halda.

Bir müddət onun bərpasını gözləmək lazım gəldi.

Qayıdandan sonra 10 görüşdə iştirak etdi.

Etməsə ondan faydalı olardı.

Nə qol vura bildi, nə də məhsuldar ötürmə ilə yadda qalmağı bacardı.

Tovuzlu azarkeşlər bu gün özünə gələr, sabah əvvəlki formasını bərpa edər arzusu ilə yaşayırdı.

Sabiq "Qarabağ"lı zədə səbəbindən son 5 turu da buraxmaqla olan-qalan ümidləri də puç etmiş oldu.

İndi mən deməyim, siz deyin - İbrahim Vadjini bu günündə hansı klub yaxın buraxar?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti