İyulda "Turan Tovuz"la müqavilə imzalamış İbrahima Vadji Azərbaycanda klubunu dəyişə bilər.
Bu, onun yox, Kurban Berdiyevin istəyidir.
Baş məşqçi seneqallı hücumçunu hər gün görməyi arzulamır. «Baba» ləqəbli çalışdırıcı mövsümün geridə qalan hissəsində gözləntiləri verməyən, daha çox zədələrlə əlləşən afrikalının icarəyə göndərilməsinə tərəfdardır.
Rusiyalı mütəxəssisin niyyəti artıq bəllidir - sadəcə, o, bəlli deyil ki, Vadjinin maaşını kim verəcək? Çünki o, Tovuz təmsilçisindən kifayət qədər yüksək əməkhaqqı alır.
Mediada yayılan xəbərlərə inansaq, «Turan» adıçəkilən forvarda illik olaraq 300 min dolların üstində məvacib ödəyir.
Qərblilər son olaraq Fransada "Sent-Etyen"də çıxış etmiş hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı İbrahima karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un da formasını geyinib. 2021-2022-ci illərdə isə "Qarabağ"ın şərəfini qoruyub.
SPORTİNFO.AZ

