Ehtiram Quliyev çarəsizdir - Onu idarə edənmi var?

21:15 Turan 156
Ehtiram Quliyev çarəsizdir - Onu idarə edənmi var?

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək.

Antalyanın Belek bölgəsində məskunlaşacaq Tovuz təmsilçisi Türkiyə toplanışını yanvarın 18-dək davam etdirəcək.

Toplanış çərçivəsində 2 yoxlama görüşü keçirəcəkər. Rəqiblərin kimliyi və oyunların tarixləri hələ dəqiqləşməyib.

«Turan»ı qardaş ölkəyə Kurban Berdıyev aparacaq. Bu da o deməkdir ki, Ehtiram Quliyevin baş məşqçiyə gücü yenə çatmadı.

Görünür, razılıq ala bilmədi. Onu vaxtından əvvəl, hadisələrin pis məcrada getdiyi ən çətin məqamda.

Belə çıxır ki, Ehtiram Quliyevin əlinin üstündə bir əl də var. O əl kimindirsə, çox güclüdür. Üzü görünməsə də, gözə görünməsə də, həmişə sözünü deyir - elə et, belə et.

İdarə Heyətinin sədri onun təlimatından, məsləhətindən çıxa bilmir. Hətta azarkeşlərin mövqeyinə zidd olsa da.

O böyüyün kim olduğunu dəqiq bilmirik. Yalnız təxmin etmək olar. Berdiyevin Rusiyadan gəlməsini nəzərə alsaq, İlham Rəhimovun adı gəlir ağıla.

Tovuzlu milyarderin son 2 ildə dəfələrlə «Turan»la yanaşı hallanıb. Berdiyevin təyinatında da «Putin İlham»ın rolundan da çox danışılıb bu müddətdə.

Deyilənə görə, Rusiyanın ən bahalı məşqçilərindən birinin burada çalışmasına da elə o, vəsilə olub. Ona ödənilən böyük məvacibin əsas hissəsinin də Rəhimov tərəfindən qarşılandığı söylənilir.

«Turan» buvaxtadək Rəhimovla bağlı iddiaların heç birini yalanlamayıb. Həmişə susublar. Susmaq isə razıılıq əlaməti sayılır.

Doğrudan da, o, Berdiyevin vəzifəsində saxlanılmasını tapşırıbsa… Gərək Ehtiram Quliyev bundan sonra «bu işi mən belə gördüm, filan işi elə gördüm» deməsin.

Day keçib, çıxıb azarkeşlərə desin ki, dəvədən böyük fil var, üstümə çox gəlməyin.

Səməd Paşayev

Digər Xəbərlər
Xəbər Lenti