“Turan” yüksək maaş alan yerlisini qonşuya icarəyə verdi

16:00 Turan 514
“Turan” yüksək maaş alan yerlisini qonşuya icarəyə verdi

2022-ci ilin yayından «Turan Tovuz»un formasını geyinən Veysəl Rzayev cari mövsümün ikinci hissəsinə burada başlamayacaq.

Yarımmüdafiəçi gələn ildə «Kəpəz»in formasını geyinəcək. Bu keçid icarə əsasında gerçəkləşəcək.

Tovuz təmsilçisində 7000 manat maaş alan orta sahə oyunçusu növbəti 6 ayda Gəncə komandasının uğurları üçün çalışacaq.

O, burada nisbətən az əməkhaqqı alacaq, ancaq əsas odur ki, meydana ayaq basacaq. «Turan»da belə bir imkanı yox idi.

Kurban Berdiyevin yerlilər arasında ən az şans tanıdığı futbolçulardan biri olan Rzayevın vaxtının çoxunu ehtiyat skamyanı isitməklə keçirirdi.

Veysəli yayda «Karvan» və «İmişli» də istəyirdi. Sadəcə, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədiklərindən, «Turan»da qalmağa məcbur oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti