Bölgə klubunda hər kəsi düşündürən sual - Berdıyev nəyi düz etmir?

21:20 Turan 114
Bölgə klubunda hər kəsi düşündürən sual - Berdıyev nəyi düz etmir?

"Turan Tovuz"da sözün həqiqi mənasında zədə epidemiyası yaşanır.

Nə az, nə çox 9 oyunçu sıradan çıxıb.

Kapitan Şəhriyar Əliyev bir neçə həftədir əsas komanda ilə məşqə çıxmır.

İbrahim Vadjinin nə vaxt tam sağalacağı bilinmir.

Abdulla Rzayev də zədəlilər sırasındadır.

İynə gücünə "Kəpəz"lə son oyunda meydana çıxan Xəyal Nəcəfov əməliyyata hazırlaşır.

Xəyal kimi Emmanuel Hakman da Qərb derbisində yarımcan halda çıxış edib.

Roderik Millerin zədəsi artıq adi hala çevrilib. Veysəl Rzayevin də narahatlığı olduğunu bildirək.

David Tavareşlə Denis Marandiçi ilə bağlı durum isə hər kəsə bəllidir. Futbolda zədələr qaçılmazdır. İstənilən klubda zədəli oyunçu problemi yaşanır, amma belə də yox axı.

Bölgə klubundakı kütləvi xəsarət alma yeni suallara yol açmış olur - Yüklənmə çox olur, yoxsa bərpa düz aparılmır?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti