15 oyundan 27 xal toplayaraq qış fasiləsinə 1 oyun əskiklə 4-cü pillədə yollanan “Turan Tovuz” heyətini gücləndirəcək.
Baş məşqçi Kurban Berdıyev komandasına yeni futbolçuların cəlb olunmasında maraqlıdır.
73 yaşlı mütəxəssis bununla bağlı klub rəhbərliyinə müraciət edib.
Berdıyev bildirib ki, çempionat uzun marafon olduğu üçün heyətin genişləndirilməsi mütləqdir. Hazırda sərəncamında olan oyunçu sayının yetərli olmadığını sözlərinə əlavə edib.
Berdıyev diqqətləri iki mövqeyə çəkib – hücumçu və mərkəz müdafiəçisi.
İrəli xətt üçün nəzərdə tutulan topçu daha çox ikinci hücumçu kimi oynamaq bacarığına sahib olmalıdır.
Hazırda bu yöndə axtarışlar davam edir. Artıq namizəd futbolçuların agentləri ilə danışıqların başladığını da deyə bilərik.
Odur ki, tovuzlu azarkeşlər qış fasiləsində yeni transferlərlə tanış olmaq imkanı qazanacaq. Təbii ki, klubla futbolçular arasındakı müzakirələr müsbət sonluğa çatsa.
HƏBİB / SPORTİNFO.AZ

