“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Kəpəz”lə oyundan sonra klub rəhbərliyi ilə bir araya gəlib.
73 yaşlı çalışdırıcı istirahətə yollanmamışdan əvvəl heyətlə bağlı planlarını rəsmilərə təqdim edib.
Kurban Bekiyeviç “qara siyahı”nı Tovuz təmsilçisinin qərar verən adamı Ehtiram Quliyevin masasının üzərinə qoyub.
Yerli futbolçulardan ibarət “üçlük”də yer alanlar Abdulla Rzayev, Tural Bayramlı və Veysəl Rzayevdir.
Baş məşqçi adları çəkilənlərin heç birinə ehtiyac duymadığını açıq şəkildə bəyan edib. Deyib ki, özlərinə yeni iş yeri tapsınlar. Klub da onlara azad agent statusu versin.
Veysəllə Tural “Turan Tovuz”a məxsusdursa, “Sabah”a məxsus Abdulla bölgə təmsilçisində icarə əsasında çıxış edir. Onun xidmətində maraqlı olan klub əməkdaşlıqla bağlı “Sabah”a müraciət etməlidir.
Abdulla Rzayev cari Premyer Liqa mövsümündə 2 oyunda 125, Veysal Rzayev 3 görüşdə 127 dəqiqə şans qazanıbsa, Tural Bayramlının adı heç bir matçın iştirak ərizəsinə salınmayıb.
HƏBİB / SPORTİNFO..AZ

