Bölgə təmsilçisində hər kəsi sevindirəcək YENİ XƏBƏR VAR!

17:00 Turan 320
Bölgə təmsilçisində hər kəsi sevindirəcək YENİ XƏBƏR VAR!

Avrokuboklara vəsiqəyə iddia edən “Turan Tovuz” təlim-məşq toplanışını tam təkibdə keçəcək.

Uzun müddətdir zədədən əziyyət çəkən iki futbolçu – David Tavareşlə Denis Marandiçi Türkiyədəki hazırlıq mərhələsində iştirak edəcək.

Yayda zədələnərək əməliyyat masasına uzanan Tavareş, eyni səbəbdən ötən ilin dekabrından bu yana futbol oynamayan Marandiçi son həftələri fərdi məşqlərlə kifayətlənib.

Çətin günləri geridə qalan Kabo-Verde və Moldova millilərinin üzvləri kollektiv çalışmalarda tər tökmək üçün hazırdır.

Bu, o deməkdir ki, hansısa fors-major hal yaşanmasa, adları çəkilənlər yanvar-fevral aylarında cari mövsümdə ilk dəfə rəsmi görüşlərdə meydana ayaq basacaqlar.

Maraq üçün bildirək ki, David yayda Türkiyədəki toplanışdakı yoxlama oyununda zədə almış, Denisin isə ötən il dekabrın 3-də “Sabah”la qarşılaşmada rəqib futbolçu Pavol Şafranko ilə ikili mübarizədə ayağı sınmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti