"Nəticə olmayanda, problem də çox olur"

22 Dekabr 22:20 Turan 115
"Nəticə olmayanda, problem də çox olur"

“Turan Tovuz”un braziliyalı hücumçusu Joarlem Santosun Premyer Liqanın 16-cı turunda "Kəpəz"i məğlub etdikləri (2:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə düşüncələrin necədir?

- Ağır oyun oldu. Bizə qələbə çox vacib idi. Gözəl iş ortaya qoyduq.

- Amma məzmunlu oyunu yenə görmədik...

- Nəticə olmayanda problem çox olur. Biz də ambisiyamızı ortaya qoyduq. Səhvlərimiz üzərində çalışırıq. Gələcəkdə daha yaxşı olmağa çalışacağıq.

- Bu gün Premyer Liqada 4-cü qolunu vurdun. Öz perfomasın barədə nələr deyə bilərsən?

- Komanda yaxşı olanda, mən də yaxşı oluram. Qol vurduğum üçün təbii ki, çox şadam.

- "Qarabağ", "Sabah", "Zirə" kimi iddialı rəqibləri məğlub edə bilmədiniz. Bu nə ilə bağlıydı?

- Məşqdə etdiklərimizi oyuna qoya bilmədik. Amma çalışacağıq ki, bundan sonra edək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi