«Turan Tovuz» 2025-in son oyununda qələbə qazana bildi.
Qərb derbisində «Kəpəz»i 2:0 üstələdilər.
«Turan»ı bu oyuna Kurban Berdiyev yox, Ehtiram Quliyevin özü çıxarsaydı belə, 3 xal onların olacaqdı.
Məqsədi bəlli olmayan «Kəpəz»in o cür zəif oyunu qarşısında «Turan» iki qol vurubsa, yenə azdır.
Bəlkə də Ehtiram Quliyev bu dəfə paltardəyişmə otağına matçdan əvvəl daxil olsaydı və odlu-alovlu nitq söyləsəydi, hesab böyükhesablı alınardı.
Təəssüf ki, Ehtiram Quliyev cəsarətli ola bilmir. İli liderlər qrupundan kənarda başa vurduqları üçün bütün məsuliyyət Kurban Berdiyevin üzərindədir.
Ancaq qış fasiləsindən sonra da belə davam etsə, «Baba»nın üzərinə gedən olmayacaq.
Hamı İdarə Heyətinin sədrini qınayacaq ki, niyə ziyanın yarısından qayıtmadı, baş məşqçi dəyişikliyinə getmədi.
Onda də dəyərli Ehtiram bəy deyə bilməyəcək ki, bəs Berdiyevi məsənə məsləhət verənlərdən «onu qov» mesajı almadım.
Alexandro Serrano Yevldaxda hesabı açdı, amma sevinmədi.
Batistanın fərqli artırdığı epizod da bütün futbolçulara xoşbəxtlik hissi yaratmadı: yoldaşlarının heç də hamısı braziliyalı hücumçunu təbrik eləməyi özünə borc saymadı.
Bu, komandadaxili ab-havanın pozulmasının təsdiqidir.
Bu, kollektivin bir neçə qruplaşmaya bölünməsinin isbatıdır.
Bu, Kurban Berdiyevin mövcudluğunun onlarda yaratdığı diskomfortun təzahürüdür.
Ehtiram Quliyev bu qədər minisu görüb də, atmosferi təmiizləmək istəmirsə, deməli… Kurban Berdiyevin avtoriteti qarşısında acizliyini qəbullanıb.
KAMİL

