Derbidə aranı qarışdırdı, "Sportinfo"ya danışmaqdan imtina etdi

17:45 Turan 150
Derbidə aranı qarışdırdı, "Sportinfo"ya danışmaqdan imtina etdi

Premyer Liqanın 16-cı turu tarixi derbi ilə yadda qaldı.

Belə ki, Qərb derbisində “Kəpəz” “Turan Tovuz”u qəbul etdi.

Yevlax şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin yenilgisi ilə başa çatdı – 0:2.

Təbii ki, yaşanan məğlubiyətdən sonra gəncəli azarkeşlərin kefi yerində deyildi.

Bir də Ayxan Hüseynovun hərəkəti gəlincə bir anda ara qarışdı.

Yarımmüdafiəçi paltardəyişmə otağına yan alarkən yolüstü meydan sahiblərinin azarkeşlərinə oyunun nəticəsini əks etdirən əl jesti etməklə qıcıq verdi.

Bu da tribunadakıları özündən çıxardı.

Kəskin etirazı görüncə yarımmüdafiəçi qaçaraq oradan uzaqlaşdı.

Başverənlərlə bağlı açıqlama almaq istəsək də, 26 yaşlı oyunçu danışmaqdan imtina etdi. Səbəbini demədən.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti