Kurban Berdiyevin qalmasını istədiyi forvard getmək qərarı verdi

19:00 Turan 473
Kurban Berdiyevin qalmasını istədiyi forvard getmək qərarı verdi

“Turan Tovuz” qış fasiləsində əsas fiqurlarından birini itirəcək.

Söhbət mərkəz hücumçusu Aleks De Souzadan gedir.

24 yaşlı legioner ölkə xaricindən yaxşı təkliflər alıb.

O, bu səbəbdən yeni müqavilə təklifinə “yox” deyib.

Braziliyalı daha yaxşı qazanc üçün getməyi düşündüyünü bölgə klubunun rəhbərliyinə çatdırıb.

Hətta transfer haqqı ödəmək bahasına olsa belə.

Mövsümün sonuna qədər müqaviləsi olan Aleks 2024-cü ildən “Turan”dadır.

Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti