«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Xəyal Nəcəfovun buradan ayrılmasına «yaşıl işıq» yandırıb.
Rusiyalı çalışdırıcı əsas heyətdə şans tanımadığı yarımmüdafiəçinin qış fasiləsində düşərgəni dəyişməsinə icazə verib.
Çünki rəhbərlik ona Xəyalla maraqlanan komandaların olması barədə məlumatlandırıb.
«Baba» ləqəbli 73 yaşlı mütəxəssisə bildirilib ki, Premyer Liqanın 3 təmsilçisi orta sahə oyunçusunu sıralarına qatmaq fikrindədir. Bunlar «İmişli», «Karvan» və «Qəbələ»dir.
«Sumqayıt»ın yetirməsi olan Xəyal 2022-cu ildən «Turan Tovuz»un şərəfini qoruyur. Qərb təmsilçisi əvvəlcə onu «Neftçi»dən icarəyə götürüb,
2023-cü ilin yayında isə transfer hüququna yiyələnib. «Ağ-qaralar»180 min manat təzminat qarşılığında «Sumqayıt»dan transfer etdiyi Xəyalı 25000 manata «Turan Tovuz»a satıb.
Bir ara milliyə cəlb olunmuş yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Tovuzlular Berdiyevin əvəzedici gözüylə bağdığı yığma üzvünü pulsuz buraxmağa etiraz etmir.
Təbii ki, maraqlı komandaların hansı biri Nəcəfovun şəxsi müqavilə şərtlərini qarşılaya bilsə.
SPORTİNFO.AZ

