Kurban Berdiyev: "Belə şeylərə fikir vermirəm"

16:30 Turan 155
Kurban Berdiyev: "Belə şeylərə fikir vermirəm"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm.

- Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?

- Xeyr. Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

- Azərbaycan mətbuatını izləyirsiz?

- Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Mən yalnız öz işimə köklənirəm.

- Qış təlim-məşq toplanışının planları qurulub?

4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.

Digər Xəbərlər
Xəbər Lenti