“Turan”dan etiraf eşitdik: “Problemlərimiz var, onları həll etməliyik”

21:00 Turan 132
“Turan”dan etiraf eşitdik: “Problemlərimiz var, onları həll etməliyik”

“Taktiki planda problemlərimiz var. Qələbə qazanmaq istəyiriksə, onları həll etməliyik”.

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı danışıb.

Ötən həftə öz meydanında “Sabah”a 1:3 hesabı ilə uduzan tovuzlular Premyer Liqanın 16-cı turunda qərb derbisinə çıxacaq. Bu dəfəki rəqib “Kəpəz”dir.

31 yaşlı tacikistanlı kiper:

“İlin son oyunudur. Öncəki turlarda kifayət qədər xallar itirmişik.

Artıq itki limiti tam dolub. Fasiləyə pozitiv əhval-ruhiyyədə yollanmaq üçün “Kəpəz” üzərində qələbə vacibdir.

Rəqibin yüksəlişdə olmasından xəbərdaram. Son oyunlarda istədikləri nəticələri əldə ediblər.

Fikrimcə, daha çox xarakter göstərən və daha az səhvə yol verən komanda qələbə qazanacaq. Komanda yoldaşlarıma inananaq meydanı 3 xalla tərk edəcəyimizi deyə bilərəm”.

Dekabrın 19-da Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti