Gözlərini yumub ağızlarını açdılar: “Bizi saymayan rədd olsun, getsin!” - Gərgin anların VİDEOsu

19:40 Turan 330
Gözlərini yumub ağızlarını açdılar: “Bizi saymayan rədd olsun, getsin!” - Gərgin anların VİDEOsu

Əvvəlki 3 oyunda heç-heçələri sıralayan “Turan Tovuz”un qələbəsizlik seriyasına doğma meydanda son qoyacağı gözlənilirdi.

Çempionluğa iddialı “Sabah”la qarşılaşmada 3 xal əldə etmək real görünməsə də, rəqibin 3 qol vuracağı da əksəriyyətin ağlına gəlməzdi.

Lakin 90 dəqiqə ərzində fırtına kimi əsən paytaxt təmsilçisi “Turan Tovuz”un qapısını top atəşinə tutmaqla 3:1 hesabı ilə qalib gəldi.

Hələ 2-ci qoldan sonra “qatarın getdiyini” yaxşı bilən tovuzlu fanatlar Kurban Berdıyevi istefaya səsləyib, rəqibi alqışlamaqla tribunanın gücünü göstərməyə çalışdı.

Buraxılan 3-cü qoldan sonra bir qədər də hiddətlənən tərəfdarların müəyyən qismi tənqid və təhqir dolu sözlərdən istifadə edə-edə stadionu tərk etməyi vacib bildi.

Düşünmək olardı ki, oyun başa çatandan sonra məşqçi və futbolçu heyəti azarkeşlərin qarşısına gəlib, biabırçı nəticəyə görə üzr istəyəcək. Amma yox.

Əliyar Ağayevin fiti səslənən kimi paltardəyişmə otağının yolunu tutmağı tribunanın önünə getməkdən üstün tutanlar yolüstü “yuh” səslərinə qulaq vermək məcburiyyətində qaldılar.

Meydan tam boşalandan sonra bir qrup azarkeş hörmətsizlik göstərən şəxslərə mesaj göndərməyi özünə borc bildi: “Azarkeşi saymayan rədd olsun, getsin”.

Tovuzlu futbolsevərlərin narazılığı baş məşqçi ilə bağlıdır. Adamlar Berdıyevin işinə kəskin etiraz edir, bu qədər legionerlə sərgilənən məzmunsuz futbolun Tovuz komandasının adına yaraşmadığını deyirlər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!