Əyalətdə tanınmış baş məşqçi üçün "istefa" qışqırdılar - VİDEO

00:30 Turan 119
Əyalətdə tanınmış baş məşqçi üçün "istefa" qışqırdılar - VİDEO

"Sabah" Premyer Liqada "Turan Tovuz"u səfərdə məğlub edib.

Sportinfo.az xəbər verir ki, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb.

68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Qonaqların ikinci qolundan sonra tovuzlu azarkeşlər baş məşqçi Kurban Berdiyevin ünvanına "istefa" şüarları səsləndirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşincidir.

“Turan Tovuz” - “Sabah” 1:3

Qollar: Filip Ozobiç, 82 // Coy Lens Mikels, 30; Velko Simiç, 69; Umarali Raxmonaliyev, 79
Tovuz şəhər stadionu, 3000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Enrike Silva, 89 (qeyri-idman hərəkəti) // İqor Noqeyra, 42 (qeyri-idman hərəkəti); Xəyal Əliyev, 54 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 80 (qeyri-idman hərəkəti); Aron Maluda, 83 (oyunun bərpasının ləngidilməsi); Stas Pokatilov, 90+2 (oyunun bərpasının ləngidilməsi); İvan Lepiniça, 90+4 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Valerio Zuddas ( “Sabah” ), 82 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Turan Tovuz”
1. Oleq Baklov
10. Xəyal Nəcəfov
(17. Rəhim Sadıxov, 46)
5. Roderik Miller
(29. Filip Ozobiç, 76)
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
21. Aleks Souza
(11. Ayxan Hüseynov, 46)
Ehtiyat oyunçular:
41. Sergey Samok
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
6. Fərid Yusifli
73. Ülvü Mədətov
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev

“Sabah”
92. Stas Pokatilov (k)
88. Xəyal Əliyev
(11. Kahim Parris, 66)
20. Coy Lens Mikels
21. Velko Simiç
40. İqor Noqeyra
80. Akim Zedadka
(2. Amin Seydiyev, 78)
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
33. Umarali Raxmonaliyev
(6. Abdulax Xaybulaev, 90)
19. Aron Maluda
(8. Ayaz Quliyev, 90)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
46. Aleksey İsayev
5. Rəhman Daşdəmiro
89. Cəfər Muxtarov
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu