Berdıyev göndərilir? - “Turan Tovuz”un rəhbəri “Sportinfo”ya AÇIQLADI

20:40 Turan 400
Berdıyev göndərilir? - “Turan Tovuz”un rəhbəri “Sportinfo”ya AÇIQLADI

“Turan Tovuz” Premyer Liqada ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı.

Buna qədər “Zirə”, “Araz-Naxçıvan” və “Neftçi” ilə bərabərə qalan bölgə təmsilçisi doğma meydanda “Sabah”a uduzdu - 1:3.

İkinci hissənin gedişində və matçın yekununda yerli azarkeşlər “istefa” şüarını dəfələrlə səsləndirdi.

Təbii ki, “get” mesajı baş məşqçi Kurban Berdıyevə ünvanlanmışdı.

Tovuzlu futbolsevərlərin “Turan Tovuz”un oyunundan və nəticələrindən narazılığı həftələrdir davam edir.

Bəs, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev baş məşqçi ilə bağlı nə düşünür? Vəzifəsindən ayrılması gündəmdədir.

“Turan Tovuz”un rəhbəri qarşılaşmadan sonra mövzu ilə bağlı Sportinfo.az-ın əməkdaşına qısa cavab verib: “Xeyr, belə bir fikrimiz yoxdur”.

Qərb təmsilçisi 15 turdan sonra 24 xalla 5-ci pillədə yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti