Bölgə klubunun üzləşdiyi problem həll olunurmu? - ƏN SON XƏBƏR

15:00 Turan 322
Bölgə klubunun üzləşdiyi problem həll olunurmu? - ƏN SON XƏBƏR

Premyer Liqada 15-ci turun mərkəzi qarşılaşması Tovuzda baş tutacaq.

Çempionluq uğrunda mübarizə aparan iki komanda – “Turan Tovuz”la “Sabah” münasibətlərinə bölgədə aydınlıq gətirəcək.

Səs-küylü oyundan əvvəl sual doğuran məqam Tovuz şəhər stadionundakı meydanın durumudur.

Qazon yenisi ilə əvəzlənəndən sonra istər “Şamaxı”, istərsə də “Neftçi” ilə qarşılaşmada müəyyən problemlər aşkarlanmışdı.

Hər iki görüşün gedişində ot qopmaları müşahidə olunmuşdu ki, bu, futbolçuların ciddi narahatlığına səbəb olmuşdu.

Bölgədən əldə etdiyimiz bilgiyə görə, hazırkı durum əvvəlkinə nisbətən bir qədər yaxşıdır. Otur bərkiməsi prosesi uğurla davam edir.

Lakin ehtiyat oyunçular skamyasının qarşısındakı hissədə müəyyən nöqsanlar gözə dəyir. Bu da həmin əraziyə gün düşməməsi, yəni qazonun lazımınca qidalanmaması ilə bağlıdır.

“Sabah”la oyunda yalnız həmin hissələrdə ot qopmaları müşahidə oluna bilər. Meydanın qalan yerlərindəki vəziyyət qənaətbəxşdir.

Bu, “Turan Tovuz”un 2025-ci ildə öz meydanında sonuncu qarşılaşmasıdır.

Qərblilər bir də gələn ilin fevral ayında azarkeşlərinin önünə çıxacaq ki, 2 aylıq müddətdə qazonun durumunun ideala çatdırılması nəzərdə tutulub.

Dekabrın 13-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Sabah” dueli saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti