Bölgə klubu iki oyunçusunu icarəyə verməyə hazırlaşır - ADLAR BİZDƏ

21:00 Turan 527
Bölgə klubu iki oyunçusunu icarəyə verməyə hazırlaşır - ADLAR BİZDƏ

"Turan Tovuz" qış fasiləsində bir neçə yerli oyunçusunu "Karvan-Yevlax"a icarəyə verə bilər.

Onlardan ikisinin adı artıq bizə məlumdur.

Söhbət Abdulla Rzayev və Xəyal Nəcəfovdan gedir.

Məqsəd onların daha çox oyun vaxtı əldə etməsi, formada qalmasıdır.

Təbbi ki, bu məqamlar işin görünən tərəfidir.

Pərdənin arxasında başqa detallar da gizlənir.

Tovuzlu oyunçuların Yexlax təmsilçisinə üz tutmasında Yunis Hüseynov xüsusi canfəşanlıq edir.

Hamıya məlumdur ki, təcrübəli mütəxəssisin "Karvan-Yevlax"ın rəhbərliyi ilə uzun illərə söykənən isti münasibətləri var.

Hazırda baş məşqçi səlahiyyətlərini icra edən Füzuli Məmmədovu da bölgə klubuna məhz Hüseynov məsləhət görüb.

Kurban Berdiyevin köməkçisi illər əvvəl baş məşqçisi olduğu klubun liqadan düşməməsi üçün bu yolla növbəti yaxşılığı etməyi planlaşdırır.

İndi qalır oyunçuların təklifə "hə" deməsi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti